Sarıcalıda ilk dəfn mərasimi
36
20:33 - 12 Mart 2025

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində ilk dəfə dəfn mərasimi həyata keçirilib.
TNS-in yerli müxbirinin xəbərinə görə, dəfn mərasim rayonun Sarıcalı kəndində gerçəkləşib.
Dünyası dəyişən kənd sakinini yaxınları Sarıcalı kənd qəbiristanlığında dəfn ediblər. Dəfn edilən kənd sakini 1936-cı il təvəllüdlü Cəfərov Arif İsrafil oğludur.
Xatırladaq ki, rayonun Sarıcalı kəndi yenidən tikilən kəndlərindən biridir və yaxın günlərdə oraya köç planlaşdırılır.
Ziya Əmirxanlı