Xocalıda Yel çərşənbəsinin tonqalı qalandı - FOTO

İşğaldan azad olunan Xocalı şəhərində, Ballıca kəndində həyat yenidən canlanır.
İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TNS-ə verilən məlumata görə, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. Çərşənbə tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.
Ziya Əmirxanlı