Həsənriz kəndində Yel çərşənbəsi qeyd edildi - FOTO

İşğaldan azad olunan Həsənriz kəndində Yel çərşənbəsi qeyd edilib.
TNS xəbər verir ki, baharın gəlişinin müjdəçisi olan Novruz çərşənbələri işğaldan azad edilmiş ərazilərdə coşğu ilə qeyd olunur.
Ağdərə rayonunun Həsənriz kəndində Yel çərşənbəsi tonqalı yandırılıb.
Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Həsənriz sakinləri tonqal ətrafına toplaşıblar. Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günləri öz doğma evlərində qeyd etməyin sevincini bölüşüblər.
Xatırladaq ki, 2025-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Həsənriz kəndinə ümumilikdə 50 ailə köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kəndə köç mərhələli şəkildə davam edəcək.
Ziya Əmirxanlı