Close

10:24
12 Mart 2025
09:47
12 Mart 2025

Xankəndidə bayram tonqalları yandırıldı - FOTO

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TNS-ə verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb. Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.

Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.

ba078c1d-7cb1-433e-9876-6c7c0b609f7f 425f43fa-7eda-4b1d-b0ed-5680da1431e4 fc598504-7c4c-49c6-abcd-47fb7c267e16 9548498f-de5b-4aca-a2a3-1df2858c5218 6064083e-7f96-4f99-810a-ed6c35a04ae8 4e9228f9-7cb8-481c-b7b4-8ee10b1f1a1c 

Ziya Əmirxanlı