Close

Çıraqlı kəndində "Novruz" tonqalı qalandı - FOTO

Keçmiş təmas xətti boyunca cəbhə xəttinə ən yaxın Çıraqlı kəndində "Novruz" tonqalı qalanıb.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev TNS-ə bildirib ki, uzun illər Ağdam rayon Çıraqlı kənd sakinləri çərşənbə tonqalı yandıra bilməyib: " Ağdamın Çıraqlı və ətraf kəndləri daima ermənilərin atəşi altında olub. Ermənilə əlamətdar təqvimlər günündə isə daha da azğınlaşırdı. Bu səbəbdən də kənd sakinləri "Novruz" bayramını tonqalsız qeyd edirdi. Məhz biz də Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı və Ağdam Rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi səbəbi ilə Novruz tonqalını Çıraqlıda yandırdıq."

Qeyd edək ki, bu gün Novruzun üçüncü çərşənbəsi "Yel" çərşənbəsidir. Yel çərşənbəsində yel az da olsa oyanmış torpağı, təzə çıxmış cücərtiləri, tumurcuqlamış ağacları yelləyərək inkişafını sürətləndirir.

de7ebd10-92ac-417a-b3ed-ae46b43d9002

b7e65d9a-6819-4445-a32c-edd3f2db077f

46e78eaa-39e6-4a05-8b79-e654d0034214

3bf0681a-c7a9-49e0-a62b-cc49dcf70975

c48e50e8-53a4-44db-9dba-d51cd6b963d6

2f9b9e32-5311-462c-9f4b-c4d53a0ce423

5def452d-8d12-4639-8d3f-1e6eeb52b9f7

Ziya Əmirxanlı