Close

18:27
10 Mart 2025

Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalandı - FOTO-VİDEO

Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalanıb.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, ilaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub.

Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.

 

WhatsApp_Skil_2025-03-04_saat_22-33-42_d6056a17 WhatsApp_Skil_2025-03-04_saat_22-33-42_12f33e8f

Ziya Əmirxanlı