Close

Xankəndidə ilk dəfə Od çərşənbəsi qeyd edilir - FOTO-VİDEO

Xankəndidə bayram tonqalı yandırılıb. İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TNS-in yerli müxbirinə verilən xəbərə görə, uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər.

Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur.

Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

ddb5d7e4-9990-4f6b-a331-7bb10976a158

beab2b20-d9c5-4e51-b46f-fc272ed981c4 02d5e427-19d2-4e9f-9fcc-dbae5bd06fb9 4cfc9995-8559-4640-a299-b4b8e14eae5a

01f39aaf-47e7-474e-9102-0c58c8e6cd83

1d6bd8da-625a-43c9-b964-f7ab52e3859f

Ziya Əmirxanlı