Ağdamda Boran Əzizin kitabının təqdimatı keçirildi

Ağdam Muğam Mərkəzində tarixçi alim Boran Əzizin müəllifi olduğu "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər" kitabının təqdimat mərasimi keçirilib.
TNS-in yerli müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, repressiyaya məruz qalmış şəxslərin ailə üzvləri, elm adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı Vaqif Həsənov və digər natiqlər tarixçi alim Boran Əzizin Azərbaycanın müasir tarixşünaslığında repressiya dövrünü məxsusi fədakarlıqla araşdıran tədqiqatçı olduğunu qeyd edərək kitabın tarixi əhəmiyyətindən danışıblar.
Daha sonar kitabın müəllifi Boran Əziz çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış səhnəcik tədbir iştirakçılarına nümayiş etdirilib.
Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun çəkdiyi akademik Xudu Məmmədovun portreti Ağdam rayonu üzrə Təhsil sektorunun müdiri Tahir Abbasova təqdim olunub.