Close

Minaya düşən şəxsin son durumu necədir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Xocalı rayon ərazisində minaya düşən Nağı İmanovun son vəziyyəti açıqlanıb.

Bərdə mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov TNS-in yerli müxbirinə bildirib ki, Nağı İmanov ötən gün 20:40 radələrində Bərdə Mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

V. məmmədovun sözlərinə görə, mina partlayışı nəticəsində xəstəyə sağ aşağı ətrafın açıq daban oynağı nahiyəsindən çox qəlpəli sınığı, travmatik amputasiyası diaqnozu qoyulub:

"Xəstə üzərində təcili olaraq bütün ilkin müayinələr və müdaxilələr aparılaraq əməliyyat şəraitinə verilib. Reanimasyon tədbirlərdən sonra əməliyyatxanada xəstənin ayağının sağ aşağı ətraf baldır hissəsindən amputasiyası icra olunub. Digər cərrahi işləmlərdən sonra aparılan reanimasyon tədbirlər nəticəsində xəstənin dünənki vəziyyəti ağır olaraq dəyərləndirilirdi. Bu gün isə vəziyyəti ağır stabil olaraq dəyərləndirilir. Hazırda reanimasiya şöbəsində lazımı müalicələr aparılır. Xəstəyə qan, plazma və lazımi digər elementlər köçürülür. Vəziyyəti stabildir. Müalicə tədbirləri davam etdirilir".

WhatsApp_Image_2025-02-22_at_13-17-14_1

Ziya Əmirxanlı