Close

Nağı İmanovun vəziyyəti açıqlandı

Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti məlum olub.

TNS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21.02.2025-ci il tarixində saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, dünən "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Nağı İmanovun sağ ayağı topuqdan aşağı amputasiya olunub.