Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Ağdamın 2-ci yaşayış kompleksindəki son vəziyyət - FOTOLAR

Media nümayəndələri Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə bildirib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.

Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

WhatsApp_Image_2025-02-20_at_14-10-36_1_copy

WhatsApp_Image_2025-02-20_at_14-10-36_1_copy_1

WhatsApp_Image_2025-02-20_at_14-10-36_1_copy_1.[1]