Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Ağdama media-tur təşkil olunub - YENİLƏNİB + FOTOLAR

Media nümayəndələri Ağdama təşkil olunmuş media tur çərçivəsində “Ağdam Residence” yaşayış kompleksində olub.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, media nümayəndələrinə ’Ağdam Residence’’ layihəsinin tikinti rəhbəri Emin Cəfərov məlumat verərək bildirib ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

11:36

Prezidentin izi ilə Ağdam rayonuna təşkil olunan media tura start verilib.

TNS-in Qarabağ müxbiri xəbər verir ki, media nümayəndələri ilk olaraq, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamda olduqları Ağdam şəhər 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçasında
olub. 

Media nümayəndələrinə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Mənsimli Sənan məlumat verərək bildirib ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.
Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Həmçinin, Qarabağ Regional Təhsil İdarəsinin müdiri S.Mənsimli media nümayəndələrinə məlumatda bildirib ki,Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.

Daha sonra media əməkdaşları Ağdamda inşa edilən "Muğam Mərkəzi"-də,  "Ağdam Residence"yaşayış kompleksində, 1268 mənzilli "2-ci Yaşayış Kompleks" də, "Azərişıq" Açıq Səhmdar(ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi Təlim-Tədris mərkəzində və " Ağdam Hilton Garden İnn" Hotelində olacaqlar.

WhatsApp_Image_2025-02-20_at_11-20-22_3

WhatsApp_Image_2025-02-20_at_11-24-23_1

WhatsApp_Image_2025-02-20_at_11-57-05_1

WhatsApp_Image_2025-02-20_at_11-57-05

WhatsApp_Image_2025-02-20_at_11-57-04_1