Close

21:20
20 Fevral 2025

Xankəndiyə təbii qazın verilməsinə başlandı

Xankəndi şəhərindəki mövcud qaz təchizatı şəbəkəsi "Azəriqaz" tərəfindən mərhələli şəkildə bərpa olunur.

Bunu TNS-ə müsahibəsində "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev deyib.

O bildirib ki, hazırda şəhərdə məskunlaşma olan yaşayış binalarındakı mənzillər təbii qazdan istifadə edir: "Qarabağ Universitetinin qazanxanasına və müəllimlərin yaşadığı binalara qaz verilir. Şəhərdə mövcud olan binaların qaz təchizatı sisteminin təftişi və işlək vəziyyətə gətirilməsi istiqamətində "Azəriqaz" digər dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirir".