Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Qarabağ Universiteti işçilər axtarır

Qarabağ Universiteti maliyyə yardımı üzrə mütəxəssis (Financial Aid Officer) vakansiyası elan edib.

TNS işin təsviri barədə məlumatı təqdim edir:

- Tələbələr üçün maliyyə yardımı (təhsil haqqı güzəştləri, təqaüdlər və digər maliyyə
dəstəyi) proqramlarını yaratmaq və tətbiqi mexanizmlərini hazırlamaq;

- Tələbələrin maliyyə yardımı ilə bağlı ehtiyaclarını müəyyən etmək və onlara
məsləhətlər vermək;

- Maliyyə yardımı üzrə tələb olunan sənədləri toplamaq və təhlil etmək;

- Tələbələri maliyyə yardımı imkanları barədə məlumatlandırmaq və müvafiq
maarifləndirmə işlərini həyata keçirmək;

- Maliyyə yardımı üçün müraciətləri qəbul etmək, dəyərləndirmək və tələbələrin
uyğunluğunu müəyyənləşdirmək;

- Müvafiq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.

Tələblər:

- Maliyyə, mühasibat, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsil;

- Müvafiq sahədə minimum 2 il təcrübə;

- Yüksək kommunikasiya bacarıqları;

- Güclü müşahidə və analitik təhlil bacarıqları;

- İT və xarici dil bilikləri.

Tələb olunan sənədlər:

1. CV;
2. ali təhsili təsdiq edən sənəd(lər)in surəti;
3. müşayiətedici məktub (motivasiya – maksimum 500 söz).

Qeyd 1: universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi
şəhərində mənzillə təmin olunacaqlar.

Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “Maliyyə
yardımı üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq
vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 24 fevral 2025-ci il
Elektron poçt ünvanı: hr@karabakh.edu.az