Close

17:15
07 Fevral 2025

Elçin Yusubov Ağdərədə sakinlərlə görüşdü - FOTO

Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ağdərə rayonunun Talış kəndində sakinlərlə görüşüb, onları dinləyib.

TNS-in yerli müxbirinin xəbərinə görə, Talış kənd orta məktəbdə keçirilən görüşdə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə içməli su, internet, işlə təminat, müalicə, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində tapşırıqlar verib, bir çox məsələlər isə yerindəcə öz həllini tapıb. Digərləri araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata alınıb.

Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Talış kəndi birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Yaşayış məntəqəsi 30 ildən çox işğal altında qalıb.Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 2023-cü ilin mart ayında Böyük Qayıdış proqramı çərçivəsində 20 ailə (90 nəfər) kəndə köçürülüb.

876fbe81-577a-4c84-bf86-dc2a6b0da2b1

22af61ca-9545-406d-9f96-9daa1ad34806

80b293aa-8fcb-4812-8e3a-315733c99950

876fbe81-577a-4c84-bf86-dc2a6b0da2b1

0d400e84-f28a-4769-82e9-f5e46cf550a0

8adff721-f4be-407c-9cd6-dbd4e5c1ef21

Ziya Əmirxanlı