Close

19:01
04 Fevral 2025

Ağdam sakinləri səs verdi - FOTOLAR

119 saylı Ağdam seçki dairəsində 39 məntəqə bələdiyyə seçkilərinə qoşulub.

119 saylı Ağdam Seçki Dairəsinin Dairə Seçki Komisiyasının sədri Sahil Əliyev TNS-in yerli müxbirinə açıqlamasında bildirib ki, 8 bələdiyyə üzrə 84 yer uğrunda 170 nəfər namizəd mübarizə aparır.

544 namizəd isə seçkilərin gedişatını izləmək üçün məntəqələrdə iştirak edir. Seçki məntəqələrinin 4-də seçkinin gedişatını internet üzərindən izləmək üçün kameralar quraşdırılıb. 38 085 seçici öz hüququndan istifadə edir. Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki hüququndan istifadə edən seçicilər və müşahidəçilər seçkilərin demokratik şəkildə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini deyirlər.

Hazırda seçki prosesi davam edir.

WhatsApp_Image_2025-01-29_at_10-18-22

WhatsApp_Image_2025-01-29_at_10-17-27

WhatsApp_Image_2025-01-29_at_10-17-25