Close

21:43
18 Yanvar 2025

Xankəndidə 20 yanvar faciəsinin qurbanları anıldı

Bu gün Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

TNS-in yerli bürosunun məlumatına görə, tədbirdə himnimiz səslənib, sonra isə 20 yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, çıxışında bildirib ki, 35 il keçsə də, törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin  sentyabrında başlayan  44 günlük vətən müharibəsi, 8 noyabrda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildən çox davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfərlə həm 20 yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi də bu gün öz doğma məkanında şagirdlərə təhsil verir.

Çıxışdan sonra məktəbin şagirdləri "Axı biz neyləmişdik?" adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri, şagirdlər çox təsirli səhnəciklərlə nümayiş etdiriblər.

b212624d-a249-42a2-a983-e289643bf40a

c54d89cf-bc8d-40b2-9929-6515f550ca16

412b8b9b-d10a-4b27-922b-ed87d32d51e8 

Ziya Əmirxanlı