Növbəti köç karvanı Xocalıya çatdı - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 15-də növbəti köç karvanı Xocalı rayonuna çatıb.
TNS xəbər verir ki, bu gün Xocalı şəhərində, rayonun Ballıca kəndində və Şuşa şəhərində ümumilikdə 28 ailə olmaqla, 135 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşur.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
11:45
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
TNS xəbər verir ki, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.
Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.
Ziya Əmirxanlı