Close

Ağdam Sənaye Parkı dəmir yolu avadanlıqları istehsal edir - FOTO

İşğaldan azad edilən ərazilərdə çəkilən dəmir yol xətlərinin kommunikasiya avadanlıqları Ağdam Sənaye parkında istehsal olunur.

TNS-in yerli müxbirinin xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Ağdam Sənaye Parkına təşkil edilən mediaturda məlumat verilib. Bildirilib ki, dəmir yolu üçün nəzərdə tutulan avadanlıqların istehsalını 2016-cı ildən fəaliyyət göstərən və 2022-ci ildən Ağdam Sənaye Parkında rezident kimi qeydə alınan RTS MMC şirkəti həyata keçirir.

Zavodda rabitə və işarəvermə avadanlıqları istehsal olunur. İlkin məlumata görə, müəssisədə həm də işıqforlar, microprocessor sistemi, yol qutuları, inteqrallar və s. kimi avadanlıqlar istehsal olunur. Hazırda zavodda 30-a yaxın işçi qüvvəsi fəaliyyət göstərir. İş prosesinin daha da gücləndirilməsi üçün işçi qüvvəsinin 70 nəfərə çatdırılması nəzərdə tutulub. Əmək fəaliyyətinə əsasən yerli sakinlər də işə cəlb edilir.

Məlumatda bildirilib ki, zavodda istehsal olunan avadanlıqlar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulur. İstehsal olunan avadanlıqların əsasən MDB və Baltikyanı ölkələrə ixrac olunması məqsədilə danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları ilə müqavilə əsasında yeni tikilən Bərdə-Ağdam dəmir yolunun rabitə və kommunikasiya sistemində bu zavodun istehsal etdiyi avadanlıqlardan istifadə olunur.

d6337ab9-3514-44cb-9399-a8eebccee73d

cdfc8665-cad2-46aa-813e-6c3da968ef8d

8e0754bb-2e0b-42b6-84d7-179b90880c79

63212c3b-ff1b-4344-b58d-260067beef01

85c3509f-737c-4046-8a01-fdfcdbb4dad3

5ce16e83-79cf-47ab-bd67-d2b4625164bd

Ziya Əmirxanlı