Close

23:01
26 Dekabr 2024

Xankəndidə dövlət bayrağı endirildi - FOTO

"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub.

TNS-in yerli müxbiri xəbər verir ki, şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, dövlət bayraqları yarıyadək endirilib.
Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın 26-da keçirilməsi nəzərdə tutulan "Qış nağılı" yarmarkası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

41c8f405-0f30-4bd1-afd7-a318cce28c28

50d1150d-ddbd-482b-b380-f0ca12808787

624fe47e-aa90-411b-b6a6-e2427bb9f9bb_1

8cfc45f1-8415-4170-b299-c734c7e03e9f