Sabah Xocalıya daha 27 ailə köçürüləcək
Dekabrın 13-də Xocalının Ballıca kəndinə ilk köç olacaq.
Bu barədə TNS-ə Xocalı şəhər inzibati ərazi dairəsindən məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə kəndə 27 ailə köçürüləcək.
Qeyd edək ki, hazırda Xocalıda 46 ailə - 179 nəfər sakin məskunlaşıb. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 30 minə yaxın insan yaşayır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən TNS-ə bildirilib ki, Qarabağ və Şərqi Zəngəzura köçürülən 2417 ailə - 9306 nəfər keçmiş məcburi köçkünlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən şəxlər də bu saya daxildir.