Close

Bu il Şuşaya köçürüləcək ailələrin sayı açıqlandı

“İndiyədək Şuşaya 222 ailə - təxminən min nəfər köçüb. Proses davam edəcək”.

TNS-in yerli müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Xüsusi nümayəndə qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşaya ilin sonunadək ailələrin köçürülməsi davam edəcək: “Artıq ilin sonuna 370 ailə (1500) nəfər şəhərdə məskunlaşacaq. Hazırda şəhər məktəbində 170 şagird təhsil alır. Yeni ailələrin gəlməsi ilə onların da sayı artacaq”.

Aydın Kərimov hazırda Şuşada yeni yaşayış komplekslərinin tikintisinin davam etdiyini də diqqətə çatdırıb: “Gələn ilin əvvəlinə daha iki yaşayış kompleksinin tikintisinə başlanılacaq. Rayon Mərkəzi Xəstəxanasının isə tikintisinin başa çatması nəzərdə tutulub.
Həmçinin şəhərdə yeni məscid kompleksinin də tikintisi də gələn il başa çatacaq”.

Ziya Əmirxanlı