Şuşada “44 gün – Tarixi zəfər” kitabının təqdimatı keçirildi
Şuşada “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin təqdimatı keçirilib.
TNS-in yerli müxbiri xəbər verir ki, mərasimdə deputatlar, şəhid ailələri, müharibə veteranları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, “Xatirə kitabı” redaksiyasında nəşr olunan kitabın I, II və III cildlərində ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.
“44 gün – Tarixi zəfər” kitabının birinci cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz hadisələri zamanı həlak olanların da adları əbədiləşdirilib.
Bildirilib ki, redaksiya İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında da əhatəli materiallar toplayaraq, ayrı-ayrı kitablar dərc edir.
Ziya Əmirxanlı