Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib - FOTO
9
12:10 - 20 Oktyabr 2024
İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Bu barədə TNS-ə TƏBİB-dən bildirilib.
Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.