Close

Eyvazov onu Xankəndiyə rəis göndərdi

Polis polkovnik-leytenantı İlham Salman oğlu Qurbanov Xankəndi Rayon Regional Mühafizə Şöbəsinə rəis təyin edilib.

TNS xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

İ.Qurbanov buna qədər Goygöl Rayon Mühafizə Şöbəsinin rəisi işləyib.