Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Ağdərədə 32 il əvvəl vurulan tankımızın görüntüləri - FOTO

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ savaşında vurulan tankın qalıqlarının tapıldığı əraziyə baxış keçiriblər.

tank2

TNS-in bölgə müxbiri xəbər verir ki, xarici qonaqlara tankın qalıqları və vurulmazdan əvvəlki halının fotoları təqdim olunub. Bildirilib ki, bu tank 1992-ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşlər zamanı vurulub. Torpaqlarımız işğaldan azad edildikdən sonra tankın və içərisində olan hərbçilərimizin qalıqları tapılıb.

tank1

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Ziya Əmirxanlı