Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Cəbrayıla növbəti köç yola salındı - FOTO

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

TNS-in məlumatına görə, bu dəfə Cəbrayıla 40 ailə - 123 nəfər köçürülüb.

fd2c895a-fb3c-4f90-a3b2-67887c1085cf


Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.