Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Xocalı sakini: “Bu günün bizim üçün çox böyük mənası var”

Bu gün ilk dəfə Xocalıda 27 sentyabr - Anım Günü keçirilib.

Xocalı sakini Müşfiq Aslanov TNS-ə verdiyi məlumatda bildirib ki, mərasimdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, hərbçilər, hökumət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər: “Xocalıda 12 nəfər şəhidin uyuduğu yeni salınan Şəhidlər xiyabanında şəhidlər anıldı, ruhlarına dualar oxundu. Bu günün biz xocalılar üçün çox böyük mənası var. Uzun illər həsrətini çəkdiyimiz, doğmalarımızı şəhid verdiyimiz Xocalıya qayıtmışıq. Xocalının havası ilə nəfəs almaq bizə illərin həsrətini unutdurur. Bunun üçün bütün şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Yeni salınan Şəhidlər xiyabanında kütləvi məzarlıqlardan qalıqları tapılan şəhidlərimiz dəfn olunub. Biz onların ruhuna hər zaman dua edirik”.

Müşfiq Aslanov onu da qeyd edib ki, hazırda Xocalıda 44 ailə, ümumillikdə 169 nəfər yaşayır: “Sayımız o qədər çox olmasa da, digər evlər də hazır olduqca insanlarımız doğma torpağa gələcəklər. İndi biz gündəlik sakit həyatımızı yaşayırıq”.

Aygün

bandicam_2024-09-27_16-50-29-396 

bandicam_2024-09-27_16-51-10-437