Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Ağdamda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO

Ağdam rayonunda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

TNS-in yerli müxbiri xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Rayondakı Şəhidlər abidəsinin qarşısında keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanı ziyarət ediliblər.

Saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da bir dəqiqəlik sükut olub.

27-2 27-3

Hazırda Şəhidlər xiyabanına ziyarət davam edir.

Ziya Əmirxanlı