Close

22:00
18 Sentyabr 2024

Şuşada küçəyə zibil atan 64 nəfər cərimələndi

Şuşa şəhərində küçəyə tullantılar atan şəxslər barədə tədbir görülüb.

Daxili İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilar müəyyən edilib. Həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb. Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.