Close

21:58
17 Sentyabr 2024

Ağdamda 55 yaşlı kişini ilan sancıb

Ağdamda 55 yaşlı kişini ilan sancıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Həsənxanlı kəndi ərazisində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu kənd ərazisində soğan sahəsində soğan yağarkən gürzə ilanı ayağından sancıb. O, Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

İlkin yardım göstərilən pasiyentinvəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilməsi planlaşdırılır.

Ziya Əmirxanlı