Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Şuşanın 1 nömrəli məktəbi yeni tədris ilinə hazırdır - VİDEO

Şuşa şəhər 1 nömrəli məktəb yeni tədris ilinə hazır vəziyyətə gətirilib.

TNS xəbər verir ki, bu barədə görüntülər Baku TV-də yayımlanıb.

Qeyd edək ki, müasir standartlara cavab verən Şuşa şəhər 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir, üç mərtəbə, beş blokdan ibarətdir. Məktəbdə 24 nəfərlik 40 sinif otağı, kitabxana, oxu zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, musiqi, tibb və iaşə kabinetləri var.