Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Şuşada ilk toy - FOTO

İşğaldan azad edilmiş Şuşa şəhərində 32 illik fasilədən sonra toy məclisi qurulub.

toy2

TNS-in yerli müxbiri xəbər verir ki, Vətən Müharibəsi qazisi Elmir Məmmədli ailə qurub.

toy1

Toy məclisinə bəy və gəlinin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

28 yaşlı Elmir Məmmədli jurnalistlərə açıqlamasında 32 illik fasilədən sonra Şuşada ilk toy mərasiminin ona qismət olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib: “Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Nə xoş mənim halıma ki, bu gün Şuşaya köçmüşəm. Allah Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevi qorusun. Məhz Onun uğurlu siyasəti nəticəsində bu gün buradayıq”.

O, Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, yaralandığını deyib. Əlavə edib ki, hazırda səhhətində heç bir problem yoxdur.

Ziya Əmirxanlı