Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Füzulinin bu kəndində su qıtlığı yaranıb? - RƏSMİ AÇIQLAMA

Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində ciddi su problemi var.

TNS xəbər verir ki, sakinlər kənddə içməli və suvarma sistemi üçün suyun olmadığını deyirlər: “Əhali əziyyət çəkir, suyu pulla alır, bağ-bağça susuzluqdan yanır. Hamıya torpaq sahəsi veriblər, amma düşünən yoxdur ki, bu torpağı hansı su ilə əkib-becərəcəyik. Mal-qara da susuzluqdan qırılır. Camaat pul yığıb arteziandan su çəkdirdi, indi motor xarab olub. Dəfələrlə də müraciət etmişik, nəticə yoxdur”.

TNS məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Füzuli rayon təşkilatının rəhbəri Atakişi Babayevlə əlaqə saxlayıb. Atakişi Babayev deyib ki, həmin kənddə mövcud olan 5 subartezian quyusunun hamısı işlək vəziyyətdədir: “Mövcud olan iki nasos stansiyasının birində problem var. Orada bir neçə gün əvvəl mühərrikdə problem yaranıb. Həmin mühərriki təmir üçün sökmüşük. Bir-iki günə təmir olunub, yenidən quraşdırılacaq. Amma digər mühərrik saz vəziyyətdədir, işləyir.

Yaranan problem texniki məsələdir, yay vaxtıdır, suya tələbat çoxdur. Mühərrikdə, transformotorda nasazlıq yaranır. Qalan bütün su şəbəkəsi qaydasındadır. Orda içməli su problemi var idi, iki gün əvvəl xətt qırılmışdı. Texnika verdik, üstünü açıb, düzəltdilər, suyun verilməsini bərpa etdilər”.

Atakişi Babayev əlavə edib ki, ərazidə istifadə edilən su Köndələn çayından götürülür. Orada ayrı su mənbəyi yoxdur.