Close

Xocalıda yük maşını aşdı, sürücü öldü

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in yerli müxbiri xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Təmkin Şahpələngəvun idarə etdiyi "Shacman" markalı yük maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb.

Hadisə nəticəsində sürücü ölüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional qrupunun rəhbəri Eşqin Qasımov faktı təsdiqləyib və araşdırma aparıldığını bildirib.

Ziya Əmirxanlı