Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Xarici səyyahlar Şuşa şəhərində olublar - FOTO - YENİLƏNİB

Dünyamiqyaslı 4 nəhəng səyyah klubundan biri olan -  MTP-nin (Most Traveled People) rəhbəri də daxil olmaqla, 35 nəfərlik geniş heyətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir. 

TNS-in yerli müxbiri xəbər verir ki, heyətə Şuşaya səfar edib, şəhərin tarixi yerləri ilə tanış olub.  

25-1

10:12

Dünyamiqyaslı 4 nəhəng səyyah klubundan biri olan -  MTP-nin (Most Traveled People) rəhbəri də daxil olmaqla, 35 nəfərlik geniş heyətinin Qarabağa səfəri başlayıb.

TNS-in yerli müxbiri xəbər verir ki, heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk 10-luğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Bundan əvvəl MTP 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir.

Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.

Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.

MTP səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili (Charles Veley) bir neçə gün əvvəl “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumununda da iştirak edib. O, həmin forumda “fake news”ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.

MTP-nin budəfəki səfəri 3 gün davam edəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Bu gün beynəlxalq səyahətçilər Xocavənddə, Şuşada, Xankəndində və Ağdamda olacaq. Sabah isə onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin sonuncu günü isə heyət Zəngilanda və Cəbrayılda olacaq.

Ziya Əmirxanlı