Close

30 il əvvəl şəhid olan Zahid Nağıyev Ağdamda dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhid - Nağıyev Zahid Baxış oğlu Ağdamda dəfn olunub.

TNS-in yerli müxbiri xəbər verir ki, o, 8 iyul 1975-ci ildə Ağdam rayon Evoğlu kəndində doğulub. 1994-cü ildə Ağdam rayonun Cəvahirli kəndində gedən döyüşdə şəhid olub.

Ağdamın Xındırıstan kənd qəbristanlığında naməlum əsgər kimi dəfn edilən Zahid Nağıyevin kimliyi bir müddət öncə müəyyənləşib. Onun nəşinin qalıqları Evoğlu kənd qəbristanlığında dəfn edilib.

a18-2 a18-3 a18-5 a18-6

Ziya Əmirxanlı