Close

Ağdamda aşan avtomobil yanıb - FOTO

Ağdamda hərəkətdə olan avtomobil aşaraq yanıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. "VAZ"21015 markalı 10 NS 315 dövlət nömrəli avtomobil idarəetmədən çıxaraq, aşıb. Bundan sonra avtomobil yanmağa başlayıb. Nəticədə sürücü müxtəlif dərəcəli yanıq xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı