Close

Şəhid Məmməd Mirzəyev Ağdamda dəfn olunub - YENİLƏNİB

Şəhid Məmməd Mirzəyevlə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Dövlət Dram Teatrının binasında vida mərasimi keçirilib.

TNS-in yerli müxbirinin xəbərinə görə, mərasimdən sonra şəhidin qalıqları oradakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

15-4

13:15

Şəhid Məmməd Mirzəyevin qalıqları dəfn olunması üçün Ağdama aparılıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, 1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsi şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Vida mərasiminə onun ailəsinin müvəqqəti məskunlaşdığı rayonun Dörd yol - 2 qəsəbəsindəki evdən başlanıb.

15-3

Rəsmi vida mərasimi isə rayonun Quzanlı qəsəbəsindəki Dövlət Dram Teatrının binasında keçiriləcək.

Ziya Əmirxanlı