Close

Dillərə dastan İsa bulağı - FOTO

Şuşa deyiləndə ağla ilk gələn yerlərdən biri İsa bulağıdır. Dillərə dastan olan İsa bulağı Şuşa qədər məşhurdur.

13-2

Məlumat üçün bildirək ki, İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Deyilənə görə, bulağı 18-ci əsrdə İsa adlı bir əkinçi kəşf edib, beləcə onun adı bulaqla birlikdə tarixə düşüb.

isa2

İşğal illərində ermənilər İsa bulağının ətrafında abadlıq işləri aparmış, istirahət mərkəzi yaratmış, adını dəyişdirərək, “İsaak bulağı” qoymuşdu.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qalib Ordumuzun Şuşanı düşmən işğalından azad etməsilə İsa bulağı da digər bölgələrimiz kimi gerçək sahiblərinə qovuşub.

13-3

13-4

Bu gün Azərbaycanın müxtəlif yerlərindən turistlər Şuşaya, İsa bulağına axın edir. Gələnlərin arasında əcnəbilər də az deyil. Ən isti yay günlərində belə ətrafı həmişə sərin olan bulaq şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarındandır.

isa3

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Prezident İlham Əliyevin iştirakı ilə iyulun 5-də “İsa bulağı” istirahət kompleksinin açılışı olub.

Ziya Əmirxanlı