Close

Şəhid Muğan Əliyev 32 il sonra Füzulidə torpağa tapşırılıb - FOTO

Şəhid Muğan Əliyev 32 il sonra Füzulidə torpağa tapşırılıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli şəhərində dəfn olunub.

Şəhid Muğan Əliyevin nəşi İkinci Mahmudlu kənd məscidinə gətirilərək vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, rayon rəhbərliyi, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Məsciddə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşinin qalıqları işğaldan azad olunan Füzuli şəhərində qəbiristanlıqda torpağa tapşırılıb.

f12

Qeyd edək ki, Əliyev Muğan Gəray oğlu 1958-ci ildə Füzuli rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayanda döyüşlərə qoşulub. 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Daha sonra ailə üzvləri ondan xəbər ala bilməyib.

Ziya Əmirxanlı