Close

Ağdamda avtomobil aşıb - FOTO

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib. 

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Bərdə-Ağdam yolunun rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elvin Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon sakini Rövşən Aslanov müxtəlif bədən xəsarətləri alıb.

O, Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

aq1

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı