Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Ermənilərin xaç işarəsi vurduğu məscidə virtual səyahət - VİDEO

Prezident İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

TNS xəbər verir ki, 2021-ci ilin dekabrından Heydər Əliyev Fondu tərəfindən məsciddə bərpa işləri aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. 

Məscidin ərazisindəki tarixi mədrəsə binasında hazırda “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” Mövzusunda ekspozisiya da yaradılıb.

Qeyd edək ki, 19-cu əsrə aid olan Aşağı Gövhər Ağa məscidi Şuşanın işğalından sonra erməni vandalizminə məruz qalıb.

Aşağı Gövhər Ağa məscidindən son görüntüləri təqdim edirik: