Close

Xocavənddə 1 ton çətənə yandırılıb

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan TNS-in yerli müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Ziya Əmirxanlı