Close

Ağdam Muğam Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlandı

Bu ilin oktyabrın ikinci yarısında Ağdam Muğam Mərkəzi istifadəyə veriləcək.

Bunu TNS-in yerli müxbirinə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, ərazidə çox böyük miqyasda işlər aparılır: “Şəhərdə, ətraf kəndlərdə eyni zamanda həm daxili infrastruktur layihələri icra edilir, həm sosial obyektlərin tikintisi, mədəni irsimizin qorunması istiqamətində sürətli iş aparılır”.

Ziya Əmirxanlı