Close

Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır

Artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib.

TNS-in yerli müxbirinin xəbərinə görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə, yaxın müddətdə daha 50 ailənin köçü həyata keçiriləcək: “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”.

O, bildirib ki, bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur: “Növbəti illərdə bu say dəfələrlə artacaq. Artıq Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülüb. Ərazilərdə məskunlaşma sürətlə həyata keçirilir”.

Ziya Əmirxanlı