Close

Füzuliyə dolu yağıb

Füzuli rayonu ərazisində külək və yağıntı ilə müşahidə olunan hava bəzi yaşayış məntəqələrində dolu ilə əvəzlənib.

TNS xəbər verir ki, bu gün hava şəraiti Füzulidə də külək və yağıntı ilə müşahidə edilib.

Rayonun Qayıdış qəsəbəsi ərazisinə isə dolu yağıntısı düşüb.

Saat 17 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib və dolu dənələrinin diametri 1 sm-ə yaxın olub.