Close

Şuşada qazilər, hərbçilər və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

26 İyun- Silahlı Qüvvələr Günündə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov yeni yaşayış kompleksində Birinci və İkinci Qarabağ müharibəsi qaziləri, şanlı Ordumuzun üzvləri, şəhid ailələri ilə çay süfrəsi arxasında görüşüblər.

Nümayəndəlikdən TNS-in yerli müxbirinə bildiriblər ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qazilərin keçdikləri döyüş yolu barədə xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Ziya Əmirxanlı