Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək
![](/upload/files/up3/Xeberler/2024/06/24/b299ac14-7bd9-3a5e-ae21-fad37b58ccf5_850.jpg)
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
TNS-in məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb: "Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".