Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb
16
09:33 - 02 Aprel 2024
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.
Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Əlaqəli xəbərlər
12:39
11 Oktyabr 2024
19:15
10 Oktyabr 2024